This is a specific ad

Azərbaycanın Gürcüstana birbaşa investisiyalarının həcmi açıqlanıb

73

Another advertisement

Azərbaycanın 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına birbaşa investisiyaları 12,7 milyon ABŞ dolları təşkil edib.

QafqazTürk.com xəbər verir ki,  bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat verub. 2023-cü ilin eyni dövründə Gürcüstandan Azərbaycana 7,5 milyon ABŞ dolları həcmində investisiya geri qaytarılıb.

Birinci rübdə Gürcüstana birbaşa xarici investisiyalarının ümumi həcmində Azərbaycanın payı % təşkil edib.

Bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatında birbaşa xarici investisiyaların ümumi həcmi 201,4 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 % azdır.

Birinci rübdə Gürcüstana birbaşa investisiyaların həcminə görə 21 % xüsusi çəki ilə Türkiyə (42,4 milyon ABŞ dolları) lider olub. Onu Çexiya 41,5 milyon ABŞ dolları (20,6 %) investisiyaları və ABŞ (33,7 milyon ABŞ dolları, 16,7 %) izləyib.

Hesabat dövründə birbaşa xarici investisiyaların ən böyük həcmi Gürcüstanın enerji sektoruna yatırılıb – 78,7 milyon ABŞ dolları və ya ümumi həcmin 39,1 %-i (2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 21,5 % çox). İkinci yerdə ticarət sektoru – 39,5 milyon ABŞ dolları və ya 19,6 % (56,4 % az), üçüncü yerdə nəqliyyat – 38,8 milyon ABŞ dolları və ya 19,3 % (10,4 % az) qərarlaşıb.

2023-cü ildə Gürcüstan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 24 % azalaraq 1,6 milyard ABŞ dolları təşkil edib ki, bunun da 53,6 milyon ABŞ dolları Azərbaycan investisiyalarıdır.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Prezident gənclərlə görüşəcək
Öncəki yazı
Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiya 64 faiz azalıb