Azərbaycandan reaksiya: Rusiya ilə bağlı bütün mədəni tədbirlər ləğv edildi

78

Azərbaycanda Rusiyanın dövlət və özəl qurumları tərəfindən həyata keçirilməsi planlaşdırılan konsertlər, festivallar, tamaşalar və sərgilər ləğv edilib.

Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.

“Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda azərbaycanlılara qarşı etnik zəmində törətdiyi nümayişkaranə, məqsədyönlü və məhkəməsiz qətllər və zorakılıq aktlarını, eləcə də bu kimi halların son vaxtlar sistematik xarakter aldığını nəzərə alaraq, Azərbaycanda keçirilməsi planlaşdırılan konsertlər, festivallar, tamaşalar, sərgilər ləğv edilir”,- məlumatda deyilir.

Mədəniyyət Nazirliyindən bildirilib ki, biletləri əvvəlcədən almış vətəndaşlar pullarının geri qaytarılması üçün müvafiq satış məntəqələri və onlayn platformalarla əlaqə saxlaya bilərlər.

Sonrakı yazı
Azərbaycanda qohum evliliyinə qoyulan qadağa qüvvəyə minir
Öncəki yazı
Bolnisi bələdiyyəsinin Faxralı kəndində şair Nəbi Faxralı adına Mədəniyyət Mərkəzinin açılış mərasimi baş tutub