Another advertisement
Azərbaycandan Gürcüstandakı azərbaycandilli məktəblər üçün on minlərlə dərsliklər göndərilib.
QafqazTürk Media xəbər verir ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstandakı azərbaycandilli məktəblərdə tədris olunan dərslikləri göndərib.
Kitablar bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Gürcüstan Təhsil və Elm Nazirliyinə təqdim edilib.
Gürcüstan tərəfinə 18 adda 23 min 960 ədəd Ana dili və Ədəbiyyatı dərsliyi çatdırılıb və azərbaycandilli məktəblərə paylanacaq.
Qeyd edək ki, Azərbaycanın Elm və Təhsil Nazirliyi Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərir. Bu günədək Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycanlılar üçün 650 mindən çox dərslik və digər metodik vəsaitlər göndərilib.