Another advertisement
Gürcüstanda keçiriləcək parlament seçkiləri ilə bağlı Azərbaycanda üç seçki məntəqəsi təşkil olunacaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Məlumata əsasən, məntəqələrin üçü də Bakının Nərimanov rayonu ərazisində (Yaşar Hüseynov küçəsi 13/15) olacaq.
Qeyd edək ki, ümumilikdə ölkə xaricindəki gürcüstan vətəndaşlarının səsvermədə iştirakı üçün 42 ölkədə 60 məntəqə yaradılacaq. Hərəsində beşi olmaqla ən çox səsvermə məntəqəsi ABŞ-da və Yunanıstanda təşkil ediləcək.
Məlumat üçün bildirək ki, ölkədə parlament seçkiləri 26 oktyabrda baş tutacaq.