Another advertisement
Azərbaycanda uşaqlar pulsuz sünnət olunurlar.
QafqazTürk Media bu barədə Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına istinadən xəbər verir.
Qeyd edilir ki, artıq cari ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.
Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb.
Əməliyyatlar TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həkim göstərişi əsasında həyata keçirilir.