Another advertisement
Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının və onun yarada biləcəyi fəsadların qarşısını almaq məqsədi ilə tətbiq edilən xüsusi karantin rejiminin müddətini 2025-ci il aprelin 1-dək uzadıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə qərarı Azərbaycanın Baş Naziri Əli Əsədov imzalayıb.
Rəsmi sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il aprelin 1-i saat 06:00-dək uzadılır.
Bu o deməkdir ki, Azərbaycanla Gürcüstan arasında quru sərhədi bağlı qalır.