This is a specific ad

Azərbaycana qarşı İran ikiüzlülüyü

91

Another advertisement
İranda əhalinin əsas iki çoxluq hissəsindən birinin, yəni türklərin (azərbaycanlıların) nümayəndəsi olan Məsud Pezeşkianın prezident seçilməyinə sevinmişdik və bu, sadəcə, sıradan bir təəssübkeşlik deyildi. Hələ inauqurasiyası keçirilməmiş prezidentə qarşı İranda “çömçədən böyük qaşıqlar”ın hərəkətə keçmələri təəssüf doğurur.
Mövzu ilə bağlı QafqazTürk Media xarici mediaya istinadən xəbər verir ki, İranın Ermənistandakı səfiri, SEPAH-çı Mehdi Sübhaninin “Azadlıq” radiosunun erməni redaksiyasına verdiyi müsahibəsi göstərir ki, rejim elə əvvəlki ampluasındadır.
O, deyib ki, əgər yeni prezident Məsud Pezeşkian seçki zamanı vəd etdiklərini reallaşdırmağa çalışsa, onun qarşısı alınacaq.
Sözügedən SEPAH rəsmisinin verdiyi müsahibədə diqqəti ən çox çəkən isə Qarabağdan gedən ermənilərin oranı “öz xoşlarına tərk etmədikləri” vurğulanaraq bu səbəbdən “geri qaytarılmaları” istənilərkən, Ermənistanda əsl etnik təmizləməyə uğrayan “din qardaşı” adlandırdıqları azərbaycanlıların da belə bir haqlarının olduğunun unudulmasıdır. Və nəinki unudulmasıdır, yenə həmin Mehdi Sübhaninin öncəki sözləridir ki, ölkəsi Ermənistanın sərhədlərini qırmızı xətlədiyi kimi demoqrafik mənzərəsinin də dəyişməsinin əleyhinədir. Yəni azərbaycanlıların ora, öz doğma torpaqlarına qayıtmalarını istəmir.
Görünür, İran rejimi öz farsmərkəzliliyini qoruyub saxladığı təqdirdə, başında duranı kim olur-olsun, İranın Azərbaycana yanaşmasında hər hansı əhəmiyyətli dəyişikliyin baş verəcəyi inandırıcı görünmür.
Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ Konqresində Gürcüstan və Moldovada keçiriləcək seçkilərlə bağlı dinləmələr keçiriləcək
Öncəki yazı
Bu ölkə Gürcüstan vətəndaşları üçün vizasız gediş-gəliş müddətini 60 günə qədər uzadıb