Azərbaycanda diplomatik xidmət orqanlarının peşə bayramı qeyd olunur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu fəaliyyətinə görə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi rütbə ilə təltif edib.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Administrasiyanın məlumatına əsasən, Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncamı ilə Faiq Quliyevə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Qeyd edək ki, Faiq Quliyev 2020-ci ildən Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.