Another advertisement
Azərbaycan Prezidenti İlham Əliyev yerli mətbuata müsahibəsində bildirib ki, Ermənistan faktiki olaraq region üçün təhlükə mənbəyidir, müstəqil Ermənistan dövləti əslində faşist dövlətidir.
Onun sözlərinə görə, Ermənistan 30 ilə yaxın “faşist ideologiyasının daşıyıcıları” tərəfindən idarə olunub, nəticədə ölkə onların öz timsalında yaradılıb.
“Biz belə faşist dövlətin qonşularıyıq. Faktiki olaraq, faşizm təhlükəsi aradan qalxmır. Faşizm məhv edilməlidir. Ya Ermənistan rəhbərliyi, ya da biz onu məhv edəcəyik. Bizim başqa seçimimiz yoxdur”, – Əliyev bildirib.