This is a specific ad

Azərbaycan Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

13

Another advertisement

Azərbaycanda səfərdə olan Gürcüstan Respublikasının Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.

Gürcüstan Respublikasının Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələrinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.

Azərbaycan və Gürcüstanın hərbi təhsil üzrə ekspertləri ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışılıb, ətraflı fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
არსებული ინფორმაციით, ორთაჭალაში ბავშვს სატვირთო მანქანა დაეჯახა
Öncəki yazı
ÜST bəşəriyyət üçün qlobal problemi açıqladı