Another advertisement
Azərbaycan, İran və Rusiya elektrik sistemlərinin qarşılıqlı əlaqəsi layihəsi üzrə danışıqlar aparırlar.
QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Rusiya hökumətinin nümayəndəsinin sözlərinə görə, plan hazırda texniki-iqtisadi əsaslandırma mərhələsindədir və onun üzərində energetika nazirlikləri tərəfindən iş aparılır.
Rusiya baş nazirinin müavini qeyd edib ki, plan Rusiyanın cənubunda enerji çatışmazlığını ödəmək deyil, lazım gələrsə, elektrik enerjisinin mübadiləsini həyata keçirməkdir.
Enerji təchizatı Belarus və digər MDB ölkələri ilə layihələr kimi ikitərəfli olacaq.