Another advertisement
Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb.
Bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPRO MO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir:” Ümumiyyətlə, həm ixracın, həm idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır”.