This is a specific ad

Azərbaycan-Gürcü ədəbi əlaqələri

83

Another advertisement

Azərbaycan və Gürcü xalqları arasında mədəni-ədəbi əlaqələr, qarşılıqlı sevgi əsrlər boyu təbii, ahəngdar bir proses kimi mövcud olmuşdur.

Gürcüstan-Azərbaycan mədəni əlaqələri və onların istər müasir, istərsə də tarixi aspektlərdə qarşılıqlı təsir məsələləri xüsusi əhəmiyyət kəsb edir.

Tam bir həqiqətdir ki, bu iki xalq arasında ədəbi əlaqələrin qurulması sadəcə hansısa bir yaradıcının, yaxud bir siyasi dövlət xadiminin xidməti deyil, uzun illərin yaxın dostluğunun, ünsiyyətinin nəticəsidir.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan və gürcü əlaqələri yalnız tarixi sənədlərdə və bədii ədəbiyyatda yox, eyni zamanda azərbaycan və gürcü xalqlarının ümumi təfəkkürünün məhsulu olan folklorunda, xüsusilə, ayrı-ayrı dastanlarda, nağıllarda, mahnılarda özünə önəmli yer tutmuş, xalq arasında geniş yayılmış, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə keçərək indi də yaşamaqdadır.

O cümlədən, “Aşıq Qərib”, “Məhəmməd və gürcü qızı”, “Koroğlu”, “Qaçaq Nəbi”, “Anaqa və Gülnaz” dastanlarında qonşu xalqların bir-birinə olan sevgi və məhəbbət hisslərinin, həmçinin, qohumluq əlaqələrinin dərin tarixi köklərə malik olduğunun şahidi olarıq.

Gürcüstan-Azərbaycan adət-ənənələrinin tipoloji oxşarlıqlarını qeyd etmək yerinə düşər.Məsələn: “Dost min isə azdır, düşmən bir isə çoxdur”.(ათასი მეგობარი ცოტაა, ერთი მტერი კი – ბევრი)Gürcü-Azərbaycan dostluğu, mənəvi bağlılığı gürcü yazısında böyük iz qoyub.

Məsələn, VII əsr yazıçısı İoane Sabanisdze, Babəkinin yaradıcılığını yüksək qiymətləndirir.Nizami Gəncəvinin ölməz əsərləri gürcülərdə böyük maraq doğurur ,onun adını tez-tez çəkir, hətta əsərlərindən nümunələr gətirirlər.

XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Gürcü-Azərbaycan ədəbi əlaqələrinin inkişafını müşahidə etsək Gürcüstanda yaşayan azərbaycanlı alimlərin – Adil Mişiyev, Mədəd Çobanov, Valeh Hacıyev, Şurəddin Məmmədli, Həmid Vəliyev, Əli Musayev, Teymuraz Cəfərli, Şahbaz Şamiloğlunun uğurlarını və digər tədqiqatçıların elmi kitablarının, məqalələrinin müxtəlif nəşrlərdə dərc edildiyini görərik.

Biz səmimi qəlbdən inanırıq ki, iki xalq arasında uzun müddətdir davam edən dostluq və etimad əlaqələri gələcəkdə də daha geniş vüsət alacaq və dərinləşəcək.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Bu uşaqlar iyulun 1-dən 200 lari alacaqlar
Öncəki yazı
თბილისში, ყაზბეგის ქუჩაზე ორი ავტობუსი ერთმანეთს შეეჯახა