This is a specific ad

Azərbaycan Ermənistanla bağlanmış sülh sazişindən Zəngəzur dəhlizinin bir hissəsini çıxarıb

168

Another advertisement

Ermənistan-Azərbaycan sülh sazişi üzərində aparılan işlər çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı mübahisəli məsələ sənəddən çıxarılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov qeyd edib.

Bakının bir neçə ildir tələb etdiyi Zəngəzur dəhlizi layihəsi Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə, oradan da Türkiyə ilə birləşdirməli, yol isə Ermənistanın Süniklə İran sərhədindən keçməli idi.

Əmirbəyovun sözlərinə görə, Zəngəzur dəhlizi məsələsi ona görə götürülüb ki, onlar sülh sazişinin əldə olunmasını çətinləşdirmək istəmirlər. Bununla belə, o, bu məsələyə yenidən qayıdacaqlarını vurğulayıb.

“Ümumi razılaşmaya əsasən, biz bu bəndi sülh sazişindən çıxarmaq qərarına gəldik və növbəti addımlarda bu məsələyə yenidən qayıdacağıq. Sülh sazişinin bağlanmasını daha da çətinləşdirmək istəmirik. Ona görə də biz bu məsələni mətndən çıxarmaq qərarına gəldik” – İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı nümayəndəsi bildirib.

“Azadlıq” radiosunun ingilisdilli xidmətinin yazdığına görə, Konstitusiyanın bəndlərindən birində Dağlıq Qarabağla “birləşmə” qeyd olunur. Ermənistanın baş naziri Nikol Paşinyan bu bəndi dəyişməyə hazır olduğunu bildirib. Mövcud məlumata görə isə, erməni əhalisi arasında aparılan sorğular göstərir ki, İrəvanda əksəriyyət konstitusiya dəyişikliyinin əleyhinədir.

2024-cü ilin aprelində Ermənistan və Azərbaycan nəhayət sərhədlərin delimitasiyası ilə bağlı razılığa gəliblər. Proses Tavuş vilayətindən başlayıb. Burada Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə daxil olan 4 kəndə nəzarət edirdi. İrəvan kəndləri Bakıya qaytardı. Bu prosesin ardınca baş nazir Nikol Paşinyana qarşı genişmiqyaslı nümayişlər keçirilib. Nümayişlərə Tavuş arxiyepiskopu rəhbərlik edirdi.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Emissiya normalarına əməl edilməməsi ilə bağlı pozuntu aşkar edilib
Öncəki yazı
Son 30 ildə ilk dəfə Rusiya və Çin sanksiyalara görə barter ticarətinə keçə bilər