Another advertisement
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.
QafqazTürk.com xəbər verir ki, iyunun 12-də nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsini ziyarət edib. Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Nümayəndə heyətinin üzvləri həmçinin, Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyublar.
Səfər çərçivəsində nümayəndə heyəti bu gün və sabah Gürcüstanda bir sıra görüşlər keçirəcək.