This is a specific ad

Azərbaycan BRİKS-ə qoşulmaq üçün rəsmi bəyanat verib

174

Another advertisement

Azərbaycan BRİKS-ə qoşulmaq üçün rəsmi bəyanat verib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Türkiyənin Anadolu Agentliyinə müsahibəsində bildirib.

“Azərbaycan BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib”, – Hacızadə bildirib.

Məlumat üçün bildirək ki, “Şanxay Əməkdaşlıq Təşkilatı”na üzv ölkələrin dövlət başçılarının iyulun əvvəlində Qazaxıstanda keçirilən görüşündə Azərbaycan və Çin arasında “strateji tərəfdaşlığın yaradılması haqqında” birgə bəyannamə qəbul edilib. Bəyannamədə qeyd olunub ki, Bakı BRİKS-ə qoşulmaq istəyir və Pekin bu istəyi alqışlayır.

Rusiya prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana səfəri nəticəsində əldə olunmuş birgə bəyannamədə Moskvanın Azərbaycanın BRİCS-ə üzvlüyünü dəstəklədiyi qeyd olunub.

Kateqoriya: Dünya
Sonrakı yazı
ჯანმო: „მაიმუნის ყვავილი“ ახალი COVID-19 არ არის
Öncəki yazı
Azərbaycan və Rusiya arasında yeni əməkdaşlıq üçün addım atılıb