Azərbaycanlı məktəbli ABŞ-ın 10, Böyük Britaniyanın 2 nüfuzlu universitetindən qəbul alıb.
QafqazTürk xəbər verir ki, Avropa Azərbaycan Məktəbinin şagirdi Sara Nabikoğlu ABŞ-ın Boston, Virciniya Texnologiya, Miami (Mayami), Pensilvaniya, Corc Vaşinqton kimi nüfuzlu universitetlərindən, həmçinin, Böyük Britaniyanın isə Queen Mary (Kuin Meri) və Bristol universitetlərindən dəvət alıb. O, əsasən aerokosmik mühəndislik ixtisası üzrə dəvət alıb.
Sara Nabikoğlunun seçimi isə Boston Universiteti olub.