This is a specific ad

Azərbaycanlı idmançı dünya çempionu oldu

251

Another advertisement

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

QafqazTürk Media xəbər verir ki, Azərbaycanlı təmsilçi 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.
O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0.
Əliyeva yarımfinalda isə ABŞ-lı Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.

Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.

Kateqoriya: Cəmiyyət, Dünya, İdman
Sonrakı yazı
Salome Zurabişvili-Mən yeni Gürcüstana səs verdim
Öncəki yazı
Ermənistan baş nazirinin keçmiş müşaviri Paşinyanın fotosunu yaydı, ölkə qarışdı-FOTO