İran azərbaycanlısı, hüququ müdafiəçisi Nərgiz Məhəmmədli 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.
Qafqaztürk xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsindən bildirilib.
Qeyd edək ki, Nərgiz Məhəmmədli 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub.
Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə “Sərhədsiz Reportyorlar” Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb.
Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.