Azərbaycanla Türkiyə arasında daha bir əməkdaşlıq – ƏTRAFLI

1

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair niyyət protokolu imzalanıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Məlumatda deyilir:

Bu gün baş direktorumuz Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini cənab Aqil Qurbanov “Baykar” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında pilotsuz uçuş aparat sistemlərinin birgə istehsalına dair protokol imzalayıb.
Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant cənab Ramiz Tahirov da iştirak edib. Təbrik edirik
“.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ-dan İrana və Rusiyaya qarşı yeni sanksiyalar
Öncəki yazı
Laçın postu ilə bağlı daha bir xoş xəbər – FOTO