Another advertisement
Azərbaycanın Xarici İşlər Nazirliyi işğal altında olan Qali rayonunda baş vermiş yanğın nəticəsində uşaqların həlak olması ilə bağlı Gürcüstana başsağlığı verir.
“Gürcüstanın Abxaziya vilayətinin Qali rayonunda beş uşağın həyatına son qoyan faciəli yanğınla bağlı dərin hüznümüzü bildiririk.
Biz bu dağıdıcı hadisədən zərər çəkmiş ailəyə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Gürcüstan hökumətinin qərarı ilə işğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş və 5 uşağın həyatına son qoyan faciə ilə əlaqədar yanvarın 9-u matəm günü elan edilib. Yanğında ölənlər bu gün dəfn olunacaqlar.