Azərbaycanda xüsusi karantin rejimi uzadılıb

27

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb.

Əldə olan məlumata görə, müvafiq sərəncamı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda bildirilir ki, ölkədə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi iyulun 1-dək qüvvədə olacaq.

Xatırladaq ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin yazından bağlıdır. Bakı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimini lazım olduğu qədər davam etdirəcəyini bildirib.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
Tbilisidə Gürcüstan azərbaycanlıları üçün iftar süfrəsi açılıb
Öncəki yazı
Bu həftə ərzində maliyyə uğuru qazanacaq 4 bürc