This is a specific ad

Azərbaycanda Milli Məclisin növbədənkənar parlament seçkiləri keçirilir

177

Another advertisement

Azərbaycanda Milli Məclisin növbədənkənar parlament seçkiləri keçirilir.

QafqazTürk Media xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 15:00-a olan məlumata görə, seçici fəallığı 29,49 faiz təşkil edib.

Səsvermə səhər saat 08:00-da başlayıb, səsvermə prosesi saat 19:00-da başa çatacaq. Potensial seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 112 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir. Bundan əlavə, 598 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Xatırladaq ki, prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Çiaturada etirazın ifrat formasına əl atıblar 3 nəfər ağzını tikib
Öncəki yazı
Paraatletçi Qiqa Oçxikidze həm qızıl medalın, həm də dünya rekordunun sahibi olub