This is a specific ad

Azərbaycanda keçirilən parlament seçkilərində “Yeni Azərbaycan” partiyası qalib gəlir

194

Another advertisement

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində hakim “Yeni Azərbaycan” partiyası səs çoxluğu qazanacaq.

QafqazTürk Media xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi brifinqdə partiyanın 125 yerlik Milli Məclisdə 68 mandat alacağını bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri izləmək üçün 112 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir. Bundan əlavə, 598 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
ილჰამ ალიევის პარტიას “ახალი აზერბაიჯანი” 125-დან 68 მანდატი ექნება
Öncəki yazı
Alimlər özünü məhv edən “Canlı plastik” yaradıblar