This is a specific ad

Azərbaycan XİN ölkə vətəndaşlarına Livana səfərlərlə bağlı xəbərdarlıq edib

88

Another advertisement

Azərbaycan Xarici İşlər Nazirliyi Livana səfər edən və ya orada olan ölkə vətəndaşları ilə bağlı xəbərdarlıq yayıb.

QafqazTürk Media xəbər verir ki, XİN-in bununla bağlı açıqlamasında deyilir: “Livan Respublikasının yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Eyni zamanda, hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur”,- məlumatda qeyd olunub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Kobaxidze: “Yaxın gələcəkdə yanaşmalar köklü və əsaslı şəkildə dəyişəcək”
Öncəki yazı
32 ildən sonra Rusiya İrəvan hava limanının sərhədinin mühafizəsini rəsmən Ermənistana təhvil verib