“Azərbaycan və Ermənistan sülh sazişini gələn həftə, Moldovada keçirilməsi planlaşdırılan Avropa sammiti zamanı imzalaya bilərlər.”
QafqazTürk xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdulayeva açıqlayıb.
“Ümid edirik ki, iyunun 1-də Kişinyovda nəhayət sülh sazişi imzalana bilər. Bu, tarixi bir məqam və impulsdur, bunu qaçırmaq olmaz”, – deyə azərbaycanlı diplomat bildirib.
Moldovada keçiriləcək Avropa siyasi dostluq sammitində 47 dövlətin hökumət başçıları və Aİ təsisatlarının siyasi rəhbərlərinin iştirakı gözlənilir. Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə yüksək səviyyəli danışıqlar aparacaqlar.