Another advertisement
Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Baş naziri Əli Əsədov Tbilisidə keçiriləcək IV Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcəklər.
QafqazTürk.com xəbər verir ki,bu barədə tədbirin rəsmi saytında məlumat verilib.
Forum oktyabrın 26-27-də baş tutacaq.
Forumun gündəliyinə əsasən, ilk gündə əvvəlcə Nikol Paşinyan, sonra isə Əli Əsədov çıxış edəcəklər.