Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin komanda-qərargah təlimi başa çatıb

1

Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçularının iştirakı ilə Bakıda keçirilən “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi başa çatıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər üç ölkənin hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin cəlb olunması ilə keçirilən təlimdə strateji əhəmiyyətli, eləcə də regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təlimin başa çatması münasibətilə tədbir keçirilib.

Tədbirdə qeyd edilib ki, təlimin keçirilməsində əsas diqqət Azərbaycan, Türkiyə və Gürcüstanın silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsinə yönəldilib. “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimində qarşıya qoyulmuş bütün tapşırıqların uğurla yerinə yetirildiyi diqqətə çatdırılıb.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Xarici İşlər Nazirliyi: Hazırda İsraildə yaralananlar arasında Gürcüstan vətəndaşı yoxdur
Öncəki yazı
“WhatsApp”da yeni funksiya var