This is a specific ad

Azərbaycan torpaqlarına göz dikənlərə cavab Şuşadır!

288

Another advertisement

İran dövlət televiziyasının “Üfüq” kanalı Beynəlxalq qanunları pozan, Azərbaycanın ərazi bütövlüyünü təhdid edən bəyanatlar yaymaqla məşğuldur.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media ailəsi olaraq  bütün o xarakterli düşüncələrin daşıyıcılarına və parazitlərinə bəyan edirik ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü bütün dünyanın tanıdığı (hətta Ermənistanın da), heç bir qonşusuna ərazi iddiası olmayan  iqtisadi cəhətdən inkişaf etmiş müstəqil bir dövlətdir.

30 il əvvəl qonşusu Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-dən çoxu işğal edilmişdir. Qüdrətli Azərbaycan Ordusu həmin əraziləri qardaş Türkiyə Cümhuriyyətinin dəstəyi ilə son qarışına qədər azad etdi, baxmayaraq ki, bütün bu 30 il davam edən proseslərdə İran sonuna qədər erməni qardaşlığına sadiq qaldı.

Biz başda Vətənimiz Gürcüstan olmaqla, öncə bölgə ölkələrinə, sonra bütün dünyaya sülh və əmin-amanlıq diləyirik!

İnşallah, İranın yeni seçilmiş prezidenti, bizim türk qardaşımız, ölkəsində fəaliyyət göstərən bu cür avantüristlərə qarşı cəzalar tədbiq edərək ölkəsinə bir çəki-düzən vermiş olar.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Gürcüstandan çay ixracı artıb, idxal isə azalıb-Statistika
Öncəki yazı
Bunları Bilirdinizmi?- Maraqlı faktlar