This is a specific ad

Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolçuları birgə müəssisə yaradıblar

47

Another advertisement

Bu gün Tbilisidə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC, “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC tərəfindən paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.

QafqazTürk.com xəbər verir ki,Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər.

Məlumata görə, “Middle Corridor Multimodal Ltd.” adlı yeni şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında yaradılır.

Birgə fəaliyyət çərçivəsində şirkət “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin – Avropa/Türkiyə – Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə imkan yaradacaq.ç

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Əli Əsədov Tbilisidə konfransda Nikol Paşinyana cavab verib
Öncəki yazı
Evi qəzalı vəziyyətdə olan ailə üçün yeni ev tikilir