This is a specific ad

Azərbaycan-Gürcüstan sərhədini pozan Pakistan vətəndaşı saxlanıldı

57

Another advertisement

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

QafqazTürk.com xəbər verir ki,DSX-dən verilən məlumata görə, noyabrın 21-də saat 18:15-də Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşı – 2001-ci il təvəllüdlü Azan Sohail Muhammad Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Gürcüstan Azərbaycana avtomobil ixracını kəskin artırıb
Öncəki yazı
Marneuli bələdiyyəsinin 2024-cü ilin büdcə layihəsinin ictimai müzakirəsi keçirilib