Another advertisement
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.
QafqazTürk.com xəbər verir ki,burada noyabr ayının 1-dən etibarən böyük sıxlıq yaşanır. Tranzit yükdaşıma maşınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir.
Ümumilikdə beş yüzə yaxın tranzit yükdaşıma maşınları yolun kənarında gözləyirlər.