Another advertisement
Azərbaycan cüdoçusu Hidayət Heydərov Parisdə keçirilən 2024 Yay Olimpiya Oyunlarının qalibi olub.
QafqazTürk media xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməkıə olimpiadanın qızıl medalına laiq görülüb.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) fərqlənib.