Aygül İsayeva – “Etnik azlıqların dili” adlanan fənnin adı ”Azərbaycan dili və ədəbiyyatı” adı ilə əvəz edilsin

88

Qardabanidən olan ictima fəal Aygül İsayeva Gürcüstanda mövcud olan təhsil proqramlarından “Etnik azlıqların dili” adlanan fənnin çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsi ilə bağlı imzatoplama kampaniyasına başladıb.

QafqazTürk media xəbər verir ki, bu barədə ,O, şəxsi facebook səhifəsində məlumat yayaraq Gürcüstanın Təhsil, Elm və Gənclər naziri cənab Givi Mikanadzeyə müracəit ünvanlayıb. 

Müraciətlə tanış olmaq  və imzatoplama kampniyasında iştirak etmək üçün qeyd edilmiş linkə daxil olun. (https://c.org/Lgkz9ZX7k5)   Müraciət formasını sizə təqdim edirik.

Gürcüstanın Təhsil, Elm və Gənclər naziri cənab Givi Mikanadzeyə

Biz, aşağıda imza atan şəxslər, “Etnik azlıqların dili” adlanan fənnin təhsil proqramından (kurikulumdan) çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini xahiş edirik. Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı” fənninin adının “etnik azlıqların dili” termini ilə əvəz olunması qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir.

“Azərbaycan dili və ədəbiyyatı” fənninin adı həm təhsil proqramında, həm dərs saatlarını əks etdirən cədvəldə, həm də elektron jurnalda “etnik azlıqların dili” kimi göstərilmişdir.

Fənnin adı, istifadə olunan dərsliklərin adına uyğun şəkildə, “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” olmalıdır. Həm Sovet dövründə, həm də Gürcüstanın müstəqilliyinin ilkin illərində təhsil proqramlarında bu fənnin adı “etnik azlıqların dili” deyil, “Azərbaycan dili və ədəbiyyatı” kimi qeyd olunurdu. “Etnik azlıqların dili” ifadəsində “Ədəbiyyat” komponentinin yer almaması, gələcəkdə ədəbiyyatın tədris planından çıxarılması ehtimalı ilə bağlı əsaslı narahatlıq doğurur. Xahiş edirik, bizim ana dilimizə hörmət əlaməti olaraq təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “etnik azlıqların dili” termini “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəz olunsun. 

Təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “Gürcü dili və ədəbiyyat” yazıldığı kimi, ana dilimiz və ədəbiyyatımızla bağlı fənnin adının da “Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsini məntiqli və məqsədəuyğun hesab edirik. 

Hörmətlə,

Aygül İsayeva

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Partiyaların qadağan olunması: Oppozisiya narahatdır, ekspertlər diktatura riski görür
Öncəki yazı
Rusiya Ukraynaya yenidən hücum edib – ƏTRAFLI