Ayətullah Şəhristani GMİ-nin yeni Şeyxini təbrik etdi

1

Böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni seçilmiş şeyxi Hacı Faiq Nəbiyevə zəng edib.

QafqazTürk.com xəbər verir ki, söhbət zamanı Ayətullah Şəhristani Hacı Faiq Nəbiyevi şeyx seçilməsi münasibətilə təbrik edərək, ona yeni məsuliyyətli vəzifəsində uğurlar arzu edib.

Ayətullah Əl Üzma Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Hacı Faiq Nəbiyevin uzun müddət “Alulbeyt Gürcüstan”da göstərdiyi fəaliyyət və zəhmətlərini təqdir də edib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Səlahəddin Özgündüzdən Gürcüstanın yeni şeyxinə təbrik
Öncəki yazı
Beynəxalq Əl-Mustafa Universitetinin müdiri Hacı Faiq Nəbiyevi təbrik edib – FOTO