This is a specific ad

Ayda kəşf edilən mağara insanların məskunlaşması üçün əlverişli ola bilər

59

Another advertisement

Ayda ilk dəfə tapılmış mağara 20-30 ildən sonra insanların evi ola bilər.

Mütəxəssislər təxminən 100 metr dərinlikdə olan mağaranın daimi baza qurmaq üçün ideal yer ola biləcəyini deyirlər.

Bəzi ölkəkər Ayda insanın daimi məskunlaşmasının  yollarını tapmağa çalışırlar. Buna rəğmən, hələ də astronavtları radiasiyadan, ekstremal temperaturdan və kosmik şəraitdən qorumaq çətindir.
İlk britaniyalı astronavt Helen Sharman BBC-ə verdiyi müsahibəsində qeyd edib ki, sözügedən çuxur çox dərin olduğu üçün orada baza qurularsa, ora gedib çıxmaq üçün xüsusi avadanlıqdan istifadə etməli ola bilərlər.
Qeyd edək ki, Mağara Trento Universitetinin mütəxəssisləri tərəfindən radardan istifadə edilməklə tapılıb və Mare Tranquillitatis (Sükut dənizi) adlı düzənlikdə yerləşir və bu düzənlik yerdən çılpaq gözlə görülə bilər.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstanda zəlzələ baş verib
Öncəki yazı
Omanın paytaxtında məscid yaxınlığında atəş açılıb, 4 nəfər həlak olub