Ayətullah Əli Xamenei – ABŞ rejimi üzərində qələbə münasibətilə sizi təbrik edirəm

81

İranın ali dini lideri Ayətullah Əli Xamenei sionist rejimin praktiki olaraq məhv edildiyini bəyan edib. Xamenei X sosial şəbəkəsində İranın da ABŞ-ı məğlub etdiyini və İslam Respublikasının ABŞ-a güclü zərbə vurduğunu yazıb.

“ABŞ rejimi üzərində qələbə münasibəti ilə sizi təbrik edirik. ABŞ rejimi bilavasitə müharibəyə girdi, çünki əks halda sionist rejimin tamamilə məhv olacağını hiss etdi. Məhz bu rejimi xilas etmək üçün müharibəyə girdi, lakin heç nəyə nail olmadı.

O bildirib ki, İslam Respublikası ABŞ-a güclü zərbə vurdu. ABŞ-ın bölgədəki əsas bazalarından biri olan Əl-Udeyd aviabazasına hücum edib və ona ziyan vurub.

İslam Respublikasının regiondakı əsas ABŞ mərkəzlərinə çıxışı olması və lazım bildiyi zaman hərəkətə keçə bilməsi mühüm məsələdir. Belə bir hərəkət gələcəkdə də təkrarlana bilər. Hər hansı bir təcavüz baş verərsə, düşmən mütləq bunun əvəzini çox ağır ödəyəcək”.

 

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
27 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Gürcüstan vətəndaşı xarici ölkədə 65 hektar meşə sahəsini yandırıb