5 may tarixində Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri etiraz aksiyalarını dayandırdılar.
Valideynlərin sözlərinə görə, onlar Səhiyyə Nazirliyində növbəti görüşdən sonra bu qərarı veriblər.
Nadir xəstəliklərlə bağlı koordinasiya şurasının növbəti iclasından sonra valideynlərdən biri Salome Qabelaşvili jurnalistlərə bildirib ki, onlar “Vosoritide” dərmanı ilə bağlı protokol may ayının sonuna hazır olacaq.
Valideynlərin sözlərinə görə, Səhiyyə Nazirliyi ilə birlikdə məsələ ilə bağlı özləri də prosesə cəlb olunacaqlar.
Qeyd edək ki, Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri aksiyaları aprelin əvvəlindən keçirirlər. Onlar Gürcüstana axondroplaziya dərmanı olan “Vosoritide”nin gətirilməsini və müalicəsinin dövlət tərəfindən maliyyələşdirilməsini tələb edirdilər.