This is a specific ad

Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri etiraz aksiyasını dayandırdılar – DETALLAR

16

Another advertisement

5 may tarixində Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri etiraz aksiyalarını dayandırdılar.

Valideynlərin sözlərinə görə, onlar Səhiyyə Nazirliyində növbəti görüşdən sonra bu qərarı veriblər.

Nadir xəstəliklərlə bağlı koordinasiya şurasının növbəti iclasından sonra valideynlərdən biri Salome Qabelaşvili jurnalistlərə bildirib ki, onlar “Vosoritide” dərmanı ilə bağlı protokol may ayının sonuna hazır olacaq.

Valideynlərin sözlərinə görə, Səhiyyə Nazirliyi ilə birlikdə məsələ ilə bağlı özləri də prosesə cəlb olunacaqlar.

Qeyd edək ki, Axondroplaziya diaqnozu qoyulan uşaqların valideynləri aksiyaları aprelin əvvəlindən  keçirirlər. Onlar Gürcüstana axondroplaziya dərmanı olan “Vosoritide”nin gətirilməsini və müalicəsinin dövlət tərəfindən maliyyələşdirilməsini tələb edirdilər.

Sonrakı yazı
Türkiyənin Sudandakı səfiri İsmayıl Çobanoğluna silahlı hücum olub.
Öncəki yazı
Kral III Çarlzın tacqoyma mərasimi bu gün keçiriləcək