This is a specific ad

Axmetada doğuş zamanı ölüm

40

Another advertisement

Axmet ada doğuş zamanı ölüm hadisəsi baş verib.

QafqazTürk.com xəbər verir ki, Axmeta xəstəxanası tərəfindən qadının ölüm faktı təsdiqlənib.

Xəstəxananın rəhbəri Giorgi Udzilaurinin sözlərinə görə, ölümün səbəbi doğuşdan bir neçə saat sonra yaranan tromboemboliyadır.

“Tezliklə reanimasiya tədbirlərinə başladıq, lakin onu xilas etmək mümkün olmadı. Bu elə bir fəsaddır ki, proqnozlaşdırmaq mümkün deyil. Uşaq yaxşıdır. Rayon pediatrı və sosial xidmət də daxil olmaqla, hamı hadisədən xəbərdardır. Biz artıq dünyasını dəyişmiş ananın ölümü ilə əlaqədar bildiriş göndərmişik və onlar məsələni araşdıracaqlar”, – deyə Udzilauri bildirib.

Qanuna görə, ananın ölüm faktının qeydə alındığı tibb müəssisəsi 24 saat ərzində Səhiyyə Nazirliyinə məlumat verməlidir və bundan sonra tənzimləyici orqan hadisənin səbəblərini öyrənməlidir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Qırğızıstanda dövlət bayrağı dəyişdirilib – FOTO
Öncəki yazı
გადაწყვეტილება, რომელიც 1-ელი იანვრიდან ამოქმედდება – “ამ პროგრამის ყველა მოსარგებლეს თბილისის მერია 100%-ით დააფინანსებს”