Axmet ​​bələdiyyəsinin bir neçə kəndi təbii fəlakətdən zərər çəkib – ƏTRAFLI

0

Axmeta ​​bələdiyyəsinin bir neçə kəndi təbii fəlakətdən zərər çəkib.

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın birinci kanalı məlumat yayır.

Maqraani, Fıçxovani və Arqoxidə güclü külək və dolu kənd təsərrüfatı sahələrinə, üzüm bağlarına və həyətyanı sahələrə ziyan vurub. Külək elektrik dirəklərini aşırıb, ağacları kökündən çıxarıb.

Axmeta ​​bələdiyyəsinin meri Aleksi Fitsxelaurinin mətbuata verdiyi məlumata əsasən, müvafiq komissiya sabahdan etibarən təbii fəlakətin vurduğu ziyanı öyrənməyə başlayacaq.

0
0
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Sentyabrın 4-dək Gürcüstanda hava şəraiti necə olacaq?
Öncəki yazı
Kobuletidə baş verən avtomobil qəzası nəticəsində 3 nəfər Türkiyə vətəndaşı həyatını itirib