Another advertisement
Axmeta bələdiyyəsinin bir neçə kəndi təbii fəlakətdən zərər çəkib.
QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanın birinci kanalı məlumat yayır.
Maqraani, Fıçxovani və Arqoxidə güclü külək və dolu kənd təsərrüfatı sahələrinə, üzüm bağlarına və həyətyanı sahələrə ziyan vurub. Külək elektrik dirəklərini aşırıb, ağacları kökündən çıxarıb.
Axmeta bələdiyyəsinin meri Aleksi Fitsxelaurinin mətbuata verdiyi məlumata əsasən, müvafiq komissiya sabahdan etibarən təbii fəlakətin vurduğu ziyanı öyrənməyə başlayacaq.