Axalkalakidə avtomobil 80 yaşlı qadını vurub

1

Axalkalakidə avtomobil 80 yaşlı qadını vurub.

QafqazTürk.com xəbər verir ki, hadisə Axalkalakidə, Ağmaşenebeli küçəsində baş verib.

Yaralı təcili yardım briqadası tərəfindən klinikaya aparılıb. Axalkalaki xəstəxanasının direktoru Aleksandr Torosiyanın sözlərinə görə, yaralının vəziyyəti orta ağırdır.

Baş vermiş hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin nəqliyyat vasitəsinin təhlükəsizlik və ya istismar qaydalarını pozma, sağlamlığa az ağır zərər vurmanı nəzərdə tutan 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq başladılıb.

0
0
Kateqoriya: Kriminal
Sonrakı yazı
Baş nazir Avstriya, Çexiya və Slovakiya parlamentlərinin sədrləri ilə görüşüb
Öncəki yazı
Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti artıb