Another advertisement
QafqazTürk.com xəbər verir ki,Axalçixenin Tskaltbila kəndində həkim Krım-Konqo hemorragik qızdırmasından dünyasını dəyişib.O, 60 yaşına kimi rayon həkimi olub.
Klinikadan verilən məlumata görə, simptomlar görünəndən sonra tibb müəssisəsinə gec müraciət edib. Xəstə Axalçixedən Tbilisiyə aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Məlumat üçün bildiririk ki,bu il yoluxma 8 nəfərdə təsdiqlənib – onlar Tbilisidəki Yoluxucu Xəstəliklər xəstəxanasında müalicə alırdılar. Ötən il də rayonda bir xəstə infeksiyadan dünyasını dəyişib.