This is a specific ad

Avtomobillərin ön və yan şüşələrinin tündləşdirilməsi ilə bağlı qaydalara dəyişiklik edilib

65

Another advertisement

Avtomobillərin ön yan şüşələrinin tündləşdirilməsi qaydalarında dəyişiklik edilib.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu il iyulun 3-dən daxili işlər nazirinin əmri ilə həyata keçirilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin sahiblərinə Daxili İşlər Nazirliyinin razılığı olmadan ön yan şüşələrin 60%-ə qədər qaralmasına (plyonkalanmasına) icazə verilib.

“Sözügedən dəyişikliklərin həyata keçirilməsinə qədər ön yan şüşələrin qaralmasına (plyonkalanmasına) 40% məhdudiyyət qoyulmuşdu.

Sürücünün arxasında əyləşən sərnişinlərin yan tərəfində yerləşən yan şüşələrə gəlincə, 75%-lik məhdudiyyət yenə də qüvvədə qalır”, – məlumatda qeyd olunur.

Kateqoriya: Gündəm
Sonrakı yazı
GAK sədrindən başsağlığı mesajı
Öncəki yazı
Su-25-in qara qutusu tapılıb-Müdafiə Nazirliyi bəyanat yayır