Another advertisement
Almaniyada avtomobilin Milad bazarına çırpılması nəticəsində 2 nəfər ölüb, onlarla insan yaralanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Əldə olan məlumata görə, Maqdeburq şəhərində baş verən hadisədən sonra sürücü polis tərəfindən həbs edilib. Hadisə nəticəsində 60-80 nəfər xəsarət alıb.
Şəhər bələdiyyəsinin nümayəndəsi Mixail Reif bunun düşünülmüş bir hərəkət olduğunu və ərazidə “dəhşətli mənzərənin” olduğunu ehtimal edir.