Another advertisement
Ortacalada baş verən qəza nəticəsində bir nəfər dünyasını dəyişib.
Mövcud məlumata görə, tikinti obyektlərinin birində yük maşını yuvarlanaraq aşıb, nəticədə orta yaşlı sürücü vəfat edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.