Another advertisement
Laqodexi Bələdiyyəsinin Qelati kəndi yaxınlığında avtomobil qəza baş verib.
QafqazTürk Media xəbər verir ki, hadisə ölümlə nəticələnib.
Hadisə şahidlərinin sözlərinə görə, həddindən artıq sürətlə hərəkət edən yüngül avtomobillər bir-biri ilə toqquşub.
Toqquşma nəticəsində 60 yaşlı kişi yerindəcə ölüb, iki nəfər isə ağır yaralanıb.
Təcili yardım briqadası yaralıları Laqodexi xəstəxanasına çatdırıb, onların səhhətinin vəziyyəti öyrənilir.
Polis hadisə yerindədir və hadisə ilə bağlı araşdırma aparılır.