Avtomobil partladı, sürücü dünyasını dəyişdi

265

Axmeta bələdiyyəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 45 yaşlarında kişi həyatını itirib.

Yerli sakinlərin məlumatına görə, avtomobil qaz borusuna çırpılıb və partlayış baş verib. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər, patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi üzrə istintaq başlanıb. Bu maddə nəqliyyatın hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Prezident Mixail Kavelaşvili ABŞ-da rəsmi səfərdədir
Öncəki yazı
Marneulidə azyaşlıya qarşı zorakılıq törətməkdə təqsirləndirilən şəxs saxlanılıb