Avtomobil izdihamın içinə girib, yaralananlar var

93

Reuters xəbər verir ki, Münhendə avtomobil izdihamın içinə girib, xəsarət alanlar var.

Münhen polisi azı 20 nəfərin yaralandığını, onlardan bir neçəsinin vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə yerinə gələn polis avtomobilin sürücüsünü həbs edib. Sürücünün qəsdən etdiyi və ya qəza olduğu hələlik məlum deyil.

Almaniya mətbuatının məlumatına görə, hadisə nəticəsində şəhərdə həmkarlar ittifaqı nümayişinə qatılan insanlar xəsarət alıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
14 fevral tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
İrəvandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama